Tarix: 19-01-2026 11:41 | Bölmə: Cəmiyyət

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar və qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.
Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir.
Düşən yağıntının miqdarı Cəlilabadda 38, Astarada 37, Lənkəranda 32, Neftçala və Cəbrayılda 16, Beyləqan və Yevlaxda 14, Mingəçevirdə 13, Ağdam və Tərtərdə 12, İmişli və Zərdabda 10, Xaçmaz və Balakəndə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamananda Bərdədə 8, Oğuz və Naftalanda 7, Kürdəmir, Biləsuvar və Şərurda 6, Ağstafa, Şabran, Sabirabad və Gəncədə 5, Şəmkirdə 4, Goranboy, Tovuz və Göyçayda 3, Şəmkir və Şirvanda 2, Daşkəsən və Naxçıvanda 1 mm-dir.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənir.
Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək