Tarix: 19-01-2026 11:20 | Bölmə: Cəmiyyət

Qoca Səmədov
Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov məhkəmə qarşısına çıxarılıb.
Zaur Səmədov barəsində Yevlax Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah tətbiq etməklə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Qeyd edək ki, rayonun İsmayılabad kəndində baş verən hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Hadisənin it döyüşündən sonra başlamış mübahisə zəminində törədildiyi bildirilib.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən həmin ilin dekabrında vəfat etmişdi. //qafqazinfo.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək