Tarix: 15-01-2026 15:18 | Bölmə: Cəmiyyət

Yanvarın 17-si gündüzdən 22-dək hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
Reyting.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır.
Gülnarə Abbasova qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir:
"Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək