Tarix: 15-01-2026 12:00 | Bölmə: Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub.
Bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin universitetin Xidmət sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistr pillələrini bitirib.
O əmək fəaliyyətinə 2014-cü ildə "Azərbaycan Şəkər İB" MMC-də başlayıb, sonra "Azersun Holding", İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və "Paşa Sığorta" ASC kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb/oxu.az.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək