Tarix: 14-01-2026 12:16 | Bölmə: Cəmiyyət

Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-ü saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda deyilir.
APA-nın xəbərinə görə, avtomobillə qəza törədərək piyada Xudu Abdulla oğlu Əliyevi vuran Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur/qafqazinfo.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək