Tarix: 13-01-2026 17:18 | Bölmə: Cəmiyyət

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) rəisinə müavini təyin olunub.
Reyting.az xəbər verir ki, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, bu vəzifəyə Əliağa Əzizov təyinat alıb.
Yeni rəis müavini kollektivə təqdim edilib.
Xidmət rəisi Rafiq Aslanov qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi:
"Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir".
Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.
Qeyd edək ki, Əliağa Əzizov 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da "Elm və innovasiya" sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək