Tarix: 12-01-2026 12:21 | Bölmə: Cəmiyyət

Son günlər sosial şəbəkələrdə Bakının mərkəzində tıxacın qarşısını almaq məqsədilə körpü inşa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, bu layihə paytaxtın avtomobil yükünü azaltmaq məqsədi daşıyır.
Reyting.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, komitəyə belə bir təklif daxil olmayıb.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planında da belə bir layihə nəzərdə tutulmayıb. Nəzərə çatdıraq ki, Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Baş Planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli Qərarı ilə təsdiq edilib. Yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək iri miqyaslı işlər, şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s. barədə məlumatlar öz əksini tapıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək