Tarix: 12-01-2026 10:18 | Bölmə: Cəmiyyət

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilk dəfə Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
Reyting.az xəbər verir ki, bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4,3 manat, Ləki-Qəbələ istiqamətində isə 1,7 manat təşkil edir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək