Tarix: 09-01-2026 13:55 | Bölmə: Cəmiyyət

Şiddətli qar fırtınası səbəbindən Almaniyanın bir çox ərazilərində qırmızı həyəcan siqnalı verilib. Fırtına nəqliyyatın hərəkətinə və gündəlik həyata ciddi təsir göstərib. Hakimiyyət orqanları son 15 ilin ən sərt qışı səbəbindən vətəndaşlara mütləq zərurət olmadığı təqdirdə çölə çıxmamaq barədə xəbərdarlıq edib.
Reyting.az-ın məlumatına görə, Almaniyanın şimalında və şərqində yağan qar və fırtınalardan sonra Meteorologiya Xidməti (DWD) 9 ştat üçün qırmızı həyəcan siqnalı verib.
Meteorologiya Xidməti Şlezviq-Holşteyn, Hamburq, Aşağı Saksoniya, Berlin, Brandenburq, Saksoniya-Anhalt, Meklenburq-Ön Pomeraniya, Türingiya və Bavariya əyalətlərində cümə günü günortaya qədər güclü qar və buzlaşma ilə bağlı xəbərdarlıq edib.
“İnsanlar mütləq lazım olmayan hər şeydən çəkinməlidirlər. Bəzi ərazilərdə vəziyyətin çox təhlükəli ola biləcəyinə dair əlamətlər var. İnsanlar bundan xəbərdar olmalı və buna yüngül yanaşmamalıdırlar. Ciddi bir şey yaxınlaşır; çölə çıxmaq məcburiyyətində olmayan hər kəs evdə qalmalıdır”, - federal nəqliyyat naziri Patrik Şnider vətəndaşlara müraciətində deyib.
Soyuq hava və qar fırtınası səbəbindən Hamburq və Bremen də daxil olmaqla, ölkənin şimalındakı şəhərlərdə təhsil dayandırılıb. Cümə və şənbə günləri Hamburq boyunca dəfn və cənazə mərasimləri ləğv edilib.
Oldenburg İctimai Nəqliyyat Şirkəti (VWG) güclü qar yağışı və buzlaşma riski səbəbindən sərnişinlərin və piyadaların təhlükəsizliyi üçün bütün avtobus xidmətlərinin növbəti xəbərdarlığa qədər ləğv edildiyini bildirib.
Dəmir Yolları İdarəsi (DB) Hamburq da daxil olmaqla, Almaniyanın şimalındakı şəhərlərə qatar xidmətlərində gecikmələri və xidmətlərin sayının 11 yanvar bazar gününə qədər azaldıla biləcəyinə dair xəbərdarlıq edib.
Federal kansler Fridrix Merzin bu gün və sabah Maynza planlaşdırılan səfəri də təxirə salınıb.
Reyting.az-ın Almaniyadakı əməkdaşı Nemət Orucov bildirib ki, əksər almanlar xəbərdarlığı nəzərə alaraq minimum 3 günlük ərzaqa tədaürükü görüb.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək