Tarix: 09-01-2026 10:10 | Bölmə: Cəmiyyət

Tanınmış teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçdığı iddia olunur.
Reyting.az xəbər verir ki, bu barədə reabilitasiya mərkəzindən məlumat verilib.
Bildirilib ki, bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən Nəsimi Nəbizadə müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Reabilitasiya mərkəzinin rəhbərliyinin açıqlamasına görə, aparıcı gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazini tərk edib.
Mərkəzin rəhbərliyi Nəsimi Nəbizadənin öz istəyi ilə müalicəni yarımçıq qoyduğunu vurğulayaraq, onun başına gələ biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyət daşımadıqlarını bəyan edib.
Hazırda Nəsimi Nəbizadənin harada olduğu barədə rəsmi məlumat açıqlanmayıb.
Musavat.com aparıcı ilə əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək