Tarix: 08-01-2026 23:29 | Bölmə: Cəmiyyət

Xətai rayonu Gəncə prospekti 23 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat verilib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, əraziyə keçirilən baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Xətai rayon İcra Hakimiyyətinə məktub ünvanlanıb”.
Qeyd edək ki, Bakının Xətai rayonunun Əhmədli kəndində (Həzi Aslanov metro stansiyasının yaxınlığında) yerləşən ərazidə, Sovet dövründə yarımçıq qalmış, vaxtilə sıx ağaclar əkilmiş və hazırda hasarla əhatə olunmuş parkda ağacların bir gecədə kəsildiyi iddia edilir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək