Tarix: 08-01-2026 12:04 | Bölmə: Cəmiyyət

Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən siyahıda azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.
Siyahının 21-ci sırasında olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.
Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.
Sözügedən cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək