Tarix: 08-01-2026 00:44 | Bölmə: Cəmiyyət

"Meta" şirkəti "Platforms" ekranlı super "AR" eynəklərinin qlobal buraxılışını 2026-cı ildə təxirə salmaq məcburiyyətində qalıb. Buna səbəb kimi "misli görünməmiş tələbat" göstərilir.
Reyting.az xəbər verir ki, bu barədə "PC Gamer" nəşri yazıb.
Məlumata görə, "Ray-Ban" şirkəti ilə birgə hazırlanmış "AR" eynəkləri Kanada, Böyük Britaniya, Fransa və əsas sifarişçilərdən biri olan İtaliyada 2026-cı ilin əvvəlinə planlaşdırılan satışı gecikir.
Şirkət hazırda ABŞ bazarında tələbatın ödənilməsinə üstünlük verdiyini, digər ölkələrə tədarük planlarını yenidən nəzərdən keçirdiyini açıqlayıb.
Mütəxəssislər bildiriblər ki, yeni, ən müasir "Ray-Ban Display" adlanan eynəklər daxili ekran və süni intellekt köməkçisi, eləcə də jestlə idarəetmə məqsədilə biləkdə taxılan xüsusi qolbaqla təchiz olunub.
Hazırda cihaz mətn və şəkilləri göstərə bilir, subtitrlər yaradır, eyni vaxtda danışıq tərcüməsi edir.
Gələcəkdə daha mükəmməl vəziyyətə gətiriləcək "AR" eynəklərinə teleprompter rejimi ilə bərabər istənilən səth üzərində barmaqla yazmağa imkan verəcək əl yazısını tanıma funksiyası da əlavə ediləcək.
"Meta" şirkəti yeni super eynəyin qiyməti ilə bağlı məsələyə də aydınlıq gətirib. Məlum olub ki, şayiələr əsassızdır və "Ray-Ban Display"ın qiyməti 799 dollardan başlayır. Bununla belə, ilkin tədarük həcmi hələ də açıqlanmayıb.
"Meta" şirkəti eynək ehtiyatlarının çox məhdud olduğunu da bildirib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək