Tarix: 07-01-2026 11:57 | Bölmə: Cəmiyyət

Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib.
Reyting.az Aktual.ge-yə istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə davam edib.
Məlumata görə, Fail Əliyev və Aydın Məmmədov adlı şəxslər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra A.Məmmədovun övladları F.Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb.
Xəsarət alan şəxslər ərazini tərk edərkən avtomobillə F.Əliyevin üzərindən keçiblər. Nəticədə o, hadisə yerində keçinib.
Yaralanmış digər şəxslər Rustavidəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək