Tarix: 06-01-2026 12:37 | Bölmə: Cəmiyyət

31 yaşlı koreyalı riyaziyyatçı Pek Cin-Eon alimləri 60 il ərzində düşündürən "divanın hərəkəti" problemini həll edə bilib. "Scientific American" jurnalı onun işini 2025-2026-cı illərin ən böyük riyazi nailiyyətlərindən biri kimi qiymətləndirib.
Reyting.az-ın məlumatına görə, Pek Cin-Eon Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunda (KIAS) elmi işçidir.
Pek Cin-Eon 1966-cı ildən açıq qalan problemdə L formalı, eyni zamanda eni 1 metr olan dəhlizdən keçə biləcək obyektin maksimum mümkün sahəsinin 2,2195 m² olduğunu sübut edib. Xatırladaq ki, bu formanı daha əvvəl amerikalı riyaziyyatçı Cozef Gerver təklif etmişdi.

Alim yeddi illik araşdırmadan sonra ilk dəfə öz elmi tapıntısını qələmə alıb və 2024-cü ildə 119 səhifəlik məqalə dərc etdirib. Müəllif kompüter modelləri olmadan, eləcə də sırf məntiqi sübutlarla tamamilə optimal həddi göstərdiyindən müasir elm aləmində çox böyük maraq oyadıb.
Məqalə hazırda nüfuzlu "Annals of Mathematics" jurnalında dünyanın ən böyük alimləri tərəfindən rəy mərhələsindədir.
Pek Cin-Eon bildirib ki, həlledilməz sayılan bu problem aydın nəzəri əsasın olmaması səbəbindən onu cəlb edib və gələcəkdə də optimallaşdırma, o cümlədən kombinator həndəsə sahəsində araşdırmalarını davam etdirəcək.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək