Tarix: 29-12-2025 10:32 | Bölmə: Cəmiyyət

Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (Security Operations Center – SOC) fəaliyyətə başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habelə xüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm strateji addımdır.
SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanması və operativ şəkildə aradan qaldırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması, Nazirliyin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin tətbiqi daxildir.
Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsi vətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində Data Loss Prevention (DLP) və Identity & Access Management (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək