Tarix: 25-12-2025 11:51 | Bölmə: Cəmiyyət

"Bakalavr səviyyəsində tədris proqramları yenilənəcək".
Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, nazirliyin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılıb:
"Müasir dövrün tələblərinə cavab verən yeni tədris proqramları hazırlanıb. Növbəti mərhələdə bu təcrübəni bakalavr səviyyəsində də tətbiq etməyi planlaşdırırıq".
S.Rzayev vurğulayıb ki, 2027–2030-cu illərdə isə əsas hədəf ali təhsilin keyfiyyətinin daha da artırılması olacaq:
"Düşünürəm ki, ali təhsil müəssisələrimiz nə qədər keyfiyyətli və müasir məzmun təqdim etsə, fondun imkanlarından yararlanan tələbələrin sayı da bir o qədər artacaq"/Report
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək