Tarix: 23-12-2025 09:47 | Bölmə: Cəmiyyət

“Hacı Mazan” kimi tanınan qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı əmr Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.
Onun işdən çıxarılmasının səbəbini araşdırırıq.
Bayram Ramazanov 2021-ci ildən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışırdı.
O, bundan əvvəl BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsində inspektor, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifələrində xidmət keçib.
Bayram Ramazanovun işdən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək