Tarix: 19-12-2025 15:47 | Bölmə: Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin sabiq rəisi polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Reyting.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, cinayət işində qeyd olunan hallar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmış və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Mirzə Cəlilovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə baş verib.
Məftun Xəlilov Naxçıvan Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət alnaqda ittiham olunur. O, rəis vəzifəsindən çıxarıldıqdan sonra onu Habil Niftəliyev əvəz edib.
Onlara Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvətxorluq, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.(APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək