Tarix: 18-12-2025 12:27 | Bölmə: Cəmiyyət

"Ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var".
Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.
Əhməd İsmayılov bildirib ki, media subyektləri öz peşəkar missiyasını layiqincə yerinə yetirdiyi təqdirdə Türk dünyasının səsi beynəlxalq müstəvidə daha güclü eşidiləcək. Onun sözlərinə görə, dövlətlərin yerləşdiyi coğrafiyanın real mənzərəsini düzgün işıqlandırmaq və beynəlxalq ictimaiyyəti obyektiv informasiya ilə təmin etmək üçün jurnalistlərin peşəkarlığının və sayıqlığının artırılması vacibdir.
İcraçı direktor çıxışının sonunda forumda iştirak edən jurnalistlərə və media nümayəndələrinə bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək