Tarix: 17-12-2025 12:32 | Bölmə: Cəmiyyət

Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsində taksi sürücüsünün xanım müştəriyə hücum etdiyi bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Nigar Orucova sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, eşitmə məhdudiyyətli sürücü ilə yolu izah etmək məsələsində mübahisə yaşayıb: “Bu gün “Uber” şirkətindən taksi çağırmışdım. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyləşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxaya-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim.
Bu cür sürücülər potensial təhlükədirlər. İstənilən an vətəndaşa xəsarət yetirə bilərlər. Yaxşı ki, mənə kömək edən qonşular oldu. Bəs başqa sərnişin olsaydı və köməyi olmasaydı, onda necə?.. Avtomobilin və sürücünün mənə əl hərəkətləri ilə söyməyinin şəkilləri var”.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Vətəndaşın sosial şəbəkə hesabında paylaşdığı məsələ ilə bağlı məlumatlıyıq. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır”.
Aslan Vəliyev
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək