Tarix: 10-12-2025 09:23 | Bölmə: Cəmiyyət

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy) və Şahdağda isə qar yağır.
Reyting.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 9:00-a olan faktiki hava proqnozunda bildirilib.
Məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada 11, Bakıda və Abşeron yarımadasında 9, Zaqatala, Naxçıvan, Balakəndə 7, Ağdam, Beyləqan, Şirvan, Zərdabda 6, Sədərək, Şərur, Altıağac (Xızı), Qax, İsmayıllı, İmişlidə 5, Ordubad, Culfa, Quba, Sabirabad, Ağstafa, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Tərtər, Şəki, Şahbuz, Yevlax, Oğuz, Qəbələ, Naftalan, Bərdə, Tovuz, Beyləqan, Şabran, Kürdəmir, Şəmkir, Daşkəsən, Göygöl, Ceyrançöl, Göyçay, Qobustan, Xaltan, Şamaxı, Goranboy, Mingəçevir, Gəncə, Xaçmaz, Qusarda 4 mm-dək qeydə alınıb.
Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Gəncə, Şəmkir, Tovuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Xızı, Naftalan, Quba, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmirdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək