Tarix: 09-12-2025 17:56 | Bölmə: Cəmiyyət

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Storytelling": müasir publisistikanın yeni narrativləri və aktual trendləri" mövzusunda təlim keçirilib.
Reyting.az xəbər verir ki, dekabrın 9-10-u tarixlərini əhatə edən təlim proqramı iki fərqli qrup üçün dörd sessiya üzrə təşkil olunub.
Sessiyalar "Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları", "Storytelling": mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları", "Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)", eləcə də "Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi" mövzularını əhatə edib.
Təlimin ilk günündə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli ənənəvi yazı texnikalarının yeni məzmun formaları ilə uzlaşdırılmasının, publisistik mətnlərin hipermətn mühitinə uyğunlaşdırılmasının və köşə yazarlığının oxucu üçün daha cəlbedici hala gətirilməsinin hazırkı media mühitinin əsas çağırışları sırasında olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, "Storytelling" bu gün jurnalistikanın auditoriyaya təsir imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan verən mühüm vasitədir:
"Beynəlxalq təcrübəyə əsaslanan "Storytelling" yanaşmalarının və müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir".
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.(Report)



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək