Tarix: 09-12-2025 12:43 | Bölmə: Cəmiyyət

Qəzza zolağında davam edən müharibə ilə İsrail bu il dünyada ən çox jurnalisti öldürən ölkəyə çevrilib.
Reyting.az xəbər verir ki, 2023-cü ilin oktyabr ayından Qəzza zolağına hücumlarını davam etdirən İsrail 220-dən çox jurnalisti öldürüb.
Sərhədsiz Reportyorlar (RSF) 2025-ci ildə dünya miqyasında media nümayəndələrinə hücumlar barədə hesabat yayıb. Hesabata görə, bu il dünya miqyasında müxtəlif hücumlarda 67 jurnalist həyatını itirib və ölümlərin təxminən yarısına İsrail cavabdehdir.
2025-ci ildə İsrailin Qəzzaya hücumlarında Fələstinin 29 media nümayəndəsi həyatını itirib. Bu il ərzində qlobal miqyasda öldürülən jurnalistlərin 43 faizi İsrailin hücumları zamanı dünyasını dəyişib.
Hesabatda qeyd olunur ki, İsrail bu il dünyada ən çox jurnalist öldürən ölkə olaraq qalır. Qeyd olunur ki, İsrail 2023-cü ilin oktyabr ayından Qəzzaya hücumlarda 220-dən çox jurnalisti öldürüb.
Hesabatda həmçinin 20 fələstinli jurnalistin İsrail həbsxanalarında olduğu qeyd edilib.
Hesabata görə, Meksikada cinayətkar təşkilatlar tərəfindən jurnalistlərə hücumlar artıb. Bu il hücumlarda doqquz jurnalistin öldürüldüyü Meksika dünyada jurnalistlər üçün “ikinci ən təhlükəli ölkə”dir.
Y. QACAR
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək