Tarix: 05-12-2025 16:05 | Bölmə: Cəmiyyət

Salyan rayonunun Yuxarı Noxudlu kəndində məktəbdə şagirdlər tüstüdən zəhərləniblər.
Reyting.az xəbər verir ki, ilkin məlumata görə, 11 şagird, 2 əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərləniblər. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Reyting.az xəbər verir ki, bunu TƏBİB-dən bildiriblər.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək