15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçirilib
Tarix: 24-04-2019 12:28 | Bölmə: Cəmiyyət

Aprelin 23-də Bakı şəhərində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası başlayıb.
“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, Azərbaycan turizm ictimaiyyətinin, aidiyyəti dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Qlobal Sağlamlıq Turizm Şurasının dönəm sədri Ruslan Quliyev çıxışında bildirib ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, RF, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.
Ruslan Quliyev onu da qeyd edib ki, təşkilatın 5-ci Assambleyasında quruma yeni sədr seçiləcək və sonda Bakı deklarasiyası qəbul ediləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayevin sözlərinə görə, hazırda Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını yaxşılaşdırmaq, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektorunun əsas sahələrindən biri olan turizm sahəsində gəlirlərin artırılmasını təmin etməkdir: "Turizm sənayesinin inkişafı Azərbaycan üçün prioritet hesab olunan sektorlardan biridir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir".

Konfederasiya sədri Azərbaycanda turizmin xüsusi istiqamətlərindən biri olan sağlamlıq və termal turizm sənayesinin son illərdə özunun inkişaf dövrünü yaşadığını da diqqətə çatdırıb və Qlobal Sağlamlıq Turizmi Forumunun Bakıda keçirilməsinin də bunun sübutu olduğunu bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədovun fikrincə, turizm sənayesinin davamlı inkişaf etdiyi bir dövrdə kifayət qədər çox sayda insanlar sağlamlıq məqsədilə səfərlər edirlər. Bu turist axınlarının cəlb edilməsi uğrunda region ölkələri arasında rəqabət mövcuddur. Bu mübarizə əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir. Azərbaycanın bu sahədə mövcud potensialından səmərəli istifadə etməklə ölkəyə daha çox turist cəlb etmək mümkündür.
Azərbaycan Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov qeyd etdi ki, ölkəmizdə sağlamlıq turizminin çox qədim tarixi var, bu tarix və yaradılan mövcud infrastruktur imkan verir ki, bu sahədə çox böyük uğurlara imza ataq və dünyanın hər tərəfindən ölkəyə turist axınına nail olaq.
"Azərkurort" Səhmdar Cəmiyyətinin sədri Əbil Ağasıyevin, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sədri Əkbər Novruzovun çıxışları əsasən Azərbaycan sağlamlıq turizminin potensialından necə səmərəli istifadə etməyə həsr olunmuşdu. Tədbirdə həmçinin bildirilib ki, ölkəmizi bütün dünyada məşhurlaşdıran Naftalan neftindən 15 adda dərmanın hazırlanmasında istifadə olunur ki, bununla da 70 xəstəliyi müalicə etmək mümkündür. Ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min nəfər turist gəlib.

Qlobal Sağlamlıq Turizmi Şurasının qurucusu və fəxri sədri Emin Çakmak bildirib ki, Azərbaycanın bir neçə sağlamlıq məkanlarında olub və hesab edir ki, ölkədə bu baxımdan unikal imkanlar mövcuddur: "Bu forumun Bakıda reallaşması Azərbaycanın bu sahədə daha da tanınmasına səbəb olacaq. Hazırda sosial media vasitəsilə dünyanın dörd bir yanından bizi izləyirlər. Eyni zamanda şuranın 58 üzv ölkəsinin əksəriyyətindən, o cümlədən Rusiyadan, Almaniyadan, Türkiyədən, Qazaxıstandan, Gürcüstandan və c. nümayəndələri burada təmsil olunur. Bundan gözəl təbliğat ola bilməz. Azərbaycan qlobal şəkildə sağlamlıq turizmi sənayesinə inteqrasiya olunur".
Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və AMEA Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Forum panel iclasları ilə öz işini davam etdirib.
Forumun yekunu olaraq Bakı deklarasiyası qəbul edilib.
Günün sonunda səsvermə yolu ilə Qlobal Sağlamlıq Turizmi Şurasına sədrlik Azərbaycandan Ukraynaya keçib. Ukrayna Tibbi Turizm Assosiasiyasının prezidenti Voletta Yanyshvska növbəti bir il ərzində QSTŞ-yə sədrlik edəcək.
Fəxriyyə Abdullayeva
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək