15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Getdiyimi bilməsinlər, işıqları söndür, gedim...” - Etibar Cəbrayıloğlu yazır
Tarix: 18-12-2024 09:31 | Bölmə: Cəmiyyət

Zülfüqar Rüfətoğlu
İstedadlı jurnalist, şair və tərcüməçi Zülfüqar Rüfətoğlunun vəfatından 40 gün ötür. Zülfüqar 1958-ci ilin isti yay günlərinin birində - iyunun 22-də tanınmış şair, dramaturq, jurnalist Rüfət Əhmədzadənin ailəsində doğulmuşdu. Orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu fərqlənmə dipolum ilə bitirən Zülfüqar atasının yolunu davam etdirərək taleyini qələm-kağıza, mətbuata, poeziyaya bağlamışdı.
Qəzet kağızının qoxusu, radionun hənirtisi...
Ötən əsrin 80-90-cı illərində yazılı mətbuatı, qəzet və jurnalları diqqətlə izləyən oxucular Zülfüqar Rüfətoğlu kimi istedadlı jurnalistin imzasını imzalar içindən seçib tanıya bilmişdi. “Azərbaycan qadını” jurnalında, “Sovet kəndi” və “Kommunist” qəzetlərində, xüsusi ilə “Kommunist”in maraqla qarşılanan “Səhər” adlı əlavəsində, eləcə də “Azərbaycan” qəzetində gənc Zülfüqarın özünəməxsus dəsti-xətti var idi.

Zülfüqar Rüfətoğlu qardaşı Rəşad Əhmədzadə ilə
1994-cü ilin sonlarından istedadlı və yetərincə tanınmış jurnalistin həyatında yeni, həm də məsuliyyətli bir dövr başlamışdı. Qəzetçilikdə ad-san qazanan Zülfüqar Rüfətoğlu fəaliyyətini radioda davam etdirməli olmuşdu. Özü də sıradan bir radioda deyil, dünya nəhəngi BBC-də. Radioda da öz istedadı və jurnalist bacarığı sayəsində fərqlənə bilmişdi, BBC Azərbaycan xidmətinin əsas insanlarından biri olmuşdu. Onun BBC Azərbaycan xidmətində hazırladığı “Atəşkəs kölgəsində”, “Çətin sual”, “Sənin səsin” verilişləri əsl peşəkarlıq nümunəsi kimi bu gün də xatırlanır.
Poeziyanın ətri və kosmosdan gələn siqnallar...
Zülfüqar Rüfətoğlu həm də çox istedadlı, poetik duyumu olan şair və tərcüməçi idi.
Yenidən eləcə ağlaya bilsən,
Axıtsan çiynimə göz yaşlarını,
Çətin ki, bu yükü daşıya biləm,
Göz yaşın çiynimi elə əyib ki,
Çətin bu yük altda yaşaya biləm...
(“Bir bahar yenidən...”)
Ədəbi tənqidlə peşəkarcasına məşğul olan, elmi yanaşma ortaya qoyan bir çox alimlər, tədqiqatçılar, eləcə də sıravi poeziya həvəskarları Zülfüqar Rüfətoğlunun şair kimi potensialını yüksək qiymətləndirirdilər. Baxmayaraq ki, Zülfüqar yaradıcı insan olaraq ədəbi tənqidə inanmır, onu poeziyanın özü qədər mübahisəli və subyektiv hesab edirdi. Bu barədə bir qədər sonra...
66 illik ömründə Zülfüqar Rüfətoğlunun bircə kitabı - “Mavi gözlü ögey ana” işıq üzü görmüşdü. Bəs axı niyə cəmi bir kitab? Bu suala müəllif kimi özü 2019-cu ildə “TEAS PRESS” nəşriyyatında işıq üzü görən həmin kitabda cavab vermişdi: “Özümü heç vaxt şair hesab etməmişəm. Yeganə peşəm jurnalistikadır. Amma elə bu peşəm boyunca poeziya zaman-zaman yol yoldaşım olub. Sevincli və kədərli günlərimdə bəzən qəlbimə, düşüncəmə gələnləri kağıza köçürmüşəm.
Mən yaxşı misraların, gözəl qafiyələrin kosmosdan gəldiyinə inanan adamlardanam. Düşünürəm ki, bu kosmik siqnalları hər adam tuta bilir. Ona görə də dünyada bu qədər şeir yazan və ya buna cəhd edən adam var. Amma bu siqnalları yaxşı tutmaq hər adama qismət olmur. Necə deyərlər, “qəbuledicinin” gücündən asılı olan məsələdir. Bu qabiliyyət ildən-ilə arta da bilər, azala da...
Ədəbi tənqidə inanmıram. Bu tənqid poeziyanın özü qədər mübahisəli və subyektivdir. Bu mənada mənim üçün ən yaxşı meyar dost və yaxınlarımın verdiyi qiymətdir. Şeirlərimi kitab halına salmaq cəsarətini də mənə onlar veriblər. Başqa cür olsaydı, bu kitab ilk şeir toplum olmazdı...
...Atam Rüfət Əhmədzadənin Əlağa Vahidin bir deyimini tez-tez xatırlayardı. O deyərmiş ki, “adamın bir misrası da yadda qalırsa, ona şair demək olar”.
Tələsdi, nə yaman tələsdi bu qış,
Gözlədim, gəlmədi gözlədiklərim.
Tələsən ötəri arzularımmış,
Gecikən əbədi xatirələrim.
(“Tələsdi bu qış...”)
“Mavi gözlü ögey ana” kitabında müəllif Aleksandr Blokdan, Gennadi Şpalikovdan, Vladimir Vısotskidən (Rusiya), Robert Rodney Ruelasdan, Redyard Kiplinqdən (Böyük Britaniya), Ayman Əbu Şeirdən (Suriya), Mahmud Dərvişdən (Fələstin)... etdiyi tərcümələri də bir yerə toplamışdı.

Zülfüqar Rüfətoğlu həyatını Londonla bağladı, “Mavi gözlü ögey ana” adlandırdığı bu şəhərdə yaşadı, çalışdı.
Yenə tökdünüz zəhləmi
Çıxıb gedirəm Londona.
London alnımdan öpəcək,
Mavi gözlü ögey anam.
(“Mavi gözlü ögey ana”)
İsti bir yay günündə Bakıda doğulan Zülfüqar Rüfətoğlu bir payız günündə uzaq və soyuq Londonda dünyadan köçdü. “Vida” şeirində illər öncə şair elə bil öz əbədi gedişini təsvir eləmişdi:
Biganələr gülməsinlər,
Bu xəbəri almasınlar.
Getdiyimi bilməsinlər,
İşıqları söndür, gedim.
(“Vida”)
Bir vaxtlar həyatdan erkən köçən dostlarından gileylənən Zülfüqar Rüfətoğlu doğmalarından, dostlarından, oxucularından çox tez ayrıldı.
Qayıtmayan şeylər vardır-
Göz yaşı gözə qayıtmır.
Çox “hələlik”- deyən dostlar
Gedir və bizə qayıtmır...
(“Qayıtmayan”)
Zülfüqar Rüfətoğlu da 40 gün öncə doğmalara, dostlara “hələlik” desə də, getdi, bir də qayıtmadı...
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək