15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qarabağ və Zəngəzurun epiqrafik abidələri: erməni yalanları və tarixi gerçəkliklər
Tarix: 29-07-2024 09:43 | Bölmə: Cəmiyyət

Orta əsrlər dövrü Azərbaycan tarixinin öyrənilməsində epiqrafik abidələrin mühüm yeri var. Xalq bir çox tarixi əhvalatları daş lövhələrə yazmaqla, abidələrin üzərində kitabələr həkk etməklə bir sıra ictimai-iqtisadi problemlərə, mədəniyyət tarixinə aid çox zəngin və qiymətli salnamələr yaradıb.
Orta əsrlər boyu Şərq dünyasını Avropa ilə birləşdirən karvan ticarət yolları məhz Azərbaycandan keçirdi. O zaman bu yolların üzərində tikilmiş karvansaralar və ictimai-dini binalar zəmanəmizə qədər gəlib çatıb. Onların üzərindəki epiqrafik yazılar memarlıq abidələrinin nə vaxt tikildiyini, bu və ya başqa tikinti komplekslərinin ölkənin ictimai-siyasi həyatında nə kimi rola malik olduğunu, karvan ticarət yollarının hansı dövrdə daha da qaynar həyat keçirdiyini araşdırmaqdan ötrü ən dəqiq informasiya verən ilk mənbə hesab edilir. Bu sıradan Azərbaycanın ayrılmaz tarixi parçası olan Qarabağ və Zəngəzur diyarının epiqrafik abidələri vətən tariximizin öyrənilməsi üçün yüksək əhəmiyyətə malikdir. Qarabağda islam dövrü epiqrafik abidələri məhz məscid və türbələr üzərindəki kitabələrdə, məzar daşları üzərindəki epitafiyalarda əks olunur. Sayı kifayət qədər olan və islam dövrü dini-ideoloji mərkəzləri hesab edilən bu tarixi abidələrin bir çoxunda tədqiqatlar aparılmaqla onların mümkün məqsədləri üzə çıxarılıb.

XX əsrin 60-70-ci illərində Azərbaycanın tanınmış epiqraf alimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Məşədixanım Nemətovanın Qarabağ və Zəngəzur mahalında apardığı epiqrafik elmi tədqiqatlar, regionun bir sıra tarixi məsələlərinin həllində müstəsna əhəmiyyətə malik olub. Alimin, Qarabağ diyarında, Cəbrayıl rayonunun Şıxlar kəndindəki el arasında “Şıx Baba piri” adı ilə tanınan ziyarətgahda apardığı epiqrafik elmi araşdırmalarla aydın olub ki, türbənin içərisində böyük alim, əzəmətli şeyx, Şeyx Hüseynin oğlu Şeyx Əbdürrəhman dəfn edilib. Bu pir, məhz elm adamlarını vaxtilə Avropa ölkələrini Yaxın Şərq ilə birləşdirən “Böyük İpək yolu” üzərində mövcud olmaqla intensiv həyat keçirilib, mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən biri olan xanəgahda xalqımızın müqəddəs yer kimi qoruduğu tarixin izlərində elmin və mədəniyyətin sirlərini açmağa çağırır. Şeyx Babanın məzar daşı üzərində farsca həkk edilmiş kitabədə deyilir:
“Bildim ki, mənim taleyim mənim təbiətimdir, o da çox üzü dönükdür” (M.Nemətova).
XIV əsrin əvvəllərinə aid bu türbənin ətrafında dövrün sayılıb-seçilən din xadimlərinin məzarları da var. Ətrafdakı böyük qəbiristanlıqda XIV-XX əsrləri əhatə edən tarixi mərhələyə aid şeyx və şeyx övladlarının qəbir daşlarına rast gəlmək olur. Çox təəssüflər olsun ki, bu orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altında qalaraq it-bat olub. Gələcəkdə Qarabağın orta əsr abidələrində kompleks arxeoloji tədqiqatlar aparılacağı zaman istisna deyildir ki, xeyli sayda epiqrafik abidələr də üzə çıxacaq və Azərbaycanın orta əsrlər dövrü tarixinin araşdırılması istiqamətində yeni imkanlar açacaqdır.
Azərbaycanın epiqrafik abidələrinə eyni zamanda tarixi Azərbaycan torpaqları olan Zəngəzur mahalında da rast gəlinir. Bu mahalın Çuxur Səd vilayətindəki Cəfərabad kəndində tədqiq edilmiş səkkizbucaqlı türbə və onun kitabəsi maraq doğurur. Məlumatlara əsasən, bu yerdə Çuxur Səd vilayətinin əmirlərinə məxsus bir neçə möhtəşəm türbə binası tikilib, lakin bu türbələrin kitabələri mənfur ermənilər tərəfindən qəsdən dağıdılıb. Zamanında burada mövcud olan bir müsəlman qəbristanlığındakı tarixi abidələrdən də heç biri bu günümüzə qalmayıb. Cəfərabad türbəsində vilayətin tanınmış iki əmiri olan Pir Hüseyn və onun atası Əmir Sədin adları həkk edilib. Türbənin günbəzi hələ 1956-cı ildə çox yerdən tökülmüşdür. Cəfərabad türbəsi bu bölgənin yeganə tarixi abidə və sənət əsəridir. Türbənin yuxarıdan kəmərvari əhatə edən kitabəsi aydın iri süls elementli nəsx xəttilə ərəbcə yazılmışdır. Kitabə istər bədii tərtibatına, istərsə də məzmun və xətt xüsusiyyətlərinə görə çox böyük əhəmiyyət kəsb edir, həmin ərazidə ərəb dilini yaxşı bilən, ərəb əlifbasında yazan çox mükəmməl həkkaklıq, xəttatlıq məktəbinin mövcud olduğunu göstərir.
Came məscidinin içərisində və xaricində XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid bir sıra ərəb dilində yazılmış kitabələr var. Məscidin həyətində XVIII-XIX əsrə aid bir neçə baş daşı formalı xatirə abidələri saxlanmaqdadır. Həmin abidələr güman ki məscidin yanında dəfn olunanlardır.

Zəngəzur mahalının Urud kəndindəki orta əsr qəbiristanlığında qalmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində professor Məşədixanım Nemətovanın 1961-1963-cü illərdə apardığı elmi tədqiqatlar, alimin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının ən mühüm yeniliyi hesab edilir. M. Nemətovanın Urud qəbristanlığındakı tədqiqatları nəticəsində daşlar üzərindəki ərəb qrafikasında həkk olunmuş kitabələrin, islam dini ilə əlaqədar duaların və qədim türkdilli tayfaların dini ayinləri ilə əlaqədar onqonların sirli qalan məqamları üzə çıxarılıb. Alimin epiqrafika elmi sahəsindəki Urud kəşfləri xalqımıza qarşı torpaq iddiasında olan ermənilərə tutarlı cavab olmaqla Azərbaycanın tarixi ərazi bütövlüyünün müdafiə edilməsi prinsiplərini də əsaslandırıb və beləliklə, Cənubi Qafqazda yeni tarixi konsepsiyasının əsasını qoyub. Zəngəzurun Urud qəbristanlığındakı miladi 1478-ci il tarixli bir məzar daşında ərəbcə “Allah, Məhəmməd, Əli, min evladi ağvan” (“ağvan” alban deməkdir M.N.) sözlərinin həkk edilməsi və bu tip kitabələrin XVII əsr sənduqələrində də təkrarlanması bu abidələrin Azərbaycan tarixşünaslıq elmində mühüm əhəmiyyətə malik olduğunu ortaya çıxarır. 1926-cı ildə elmə məlum olan Urud abidələrinin geniş tədqiqi ilə sübut olunub ki, bu məzar daşlarındakı epitafiyalar və təsvirlər vaxtilə Qafqaz Albaniyası ərazisi olan Sünikdə yaşamış ağvanların (albanların) müsəlmanlığı qəbul etməsinə dəlalət edir. Urud kitabələri üzərindəki epitafiyalar təhlil ediləndən sonra məlum olub ki, alban tayfaları islam gələndə müsəlmanlığı qəbul edərək bugünkü Azərbaycan xalqının təşəkkül tapmasında iştirak ediblər.
Bir dəfə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda alimlərlə birgə keçirilmiş iclasların birində professor M. Nemətova çıxış edərək Zəngəzurun Urud abidələri və bu qəbiristanlığın ermənilər tərəfindən vəhşicəsinə qəsdən dağıdılması haqqında həqiqətləri ölkə rəhbərinin diqqətinə çatdırıb. M. Nemətova qeyd edib ki, Urud qəbiristanlığı tarixin böyük bir məsələsinin üstünü açıb. Bütün tarixçilər islamın Qafqaza gəlişinə qədər xaçpərəst olan alban tayfalarının erməniləşməsi və gürcüləşməsi haqqında yazırdılar. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində yazır ki, “...necə oldu Zəngəzur mahalında yaşayan tayfalar qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər. Bəs bunların türkləşəni, islamı qəbul edəni olmadımı?!” Urud məzarlarının tədqiqi də tarixin bu qaranlıq qalan səhifəsini üzə çıxardı. Məhz burada oğuz türk tayfalarına aid daşlar üzərindəki təsvirlər araşdırılmaqla bu suala cavab tapıldı.

1990-cı ildə M. Nemətova erməni alimləri Akopyanı, Papazyanı, Arakelyanı, Xaçaturyanı susdurmuş, onların Urud qəbirlərinin ermənilərə aid olması haqqındakı iddiasının saxta olduğunu sübuta yetirib. Erməni alimi Akopyan sonralar M. Nemətovaya qarşı iddialarla çıxış etməyə başlayaraq deyib ki, “...xeyr siz səhv edirsiniz, Əmir Teymur Orta Asiyadan gələndə bu tayfalara zorla islamı qəbul etdirib. Burada xəttatın səhvi var, xəttat savadsız olub və Məşədixanım da səhv oxuyub”. Daha sonra ermənilər traktorlarla qəbiristanlığı məhv etməyə başlayıblar.
M. Nemətova Papazyana cavab məktubu yazıb: “...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə bəs nəyə görə o, qəbiristanlığı dağıtdınız, məhv etdiniz, viran qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz bu gün də onu şüşənin içinə salıb əldən-ələ bütün dünyanı gəzdirərdiniz ki, baxın, bu bizim tariximizdir. Çünki sübut edə bilmədiniz! Xəttat düz yazmışdı, Məşədixanım da düz oxumuşdu!”
Cənubi Qafqaz ərazisində mövcud olan qoç və at heykəli, sənduqə və başdaşı formalı məzarüstü abidələrdəki kitabələr, məişət səhnələrini əks etdirən qabartmalar, qədim türkdilli tayfaların dini ayinləri ilə əlaqəli təsvirlər, təsərrüfat damğaları və s. müqayisəli öyrənildikdə qədim türkdilli tayfaların Cənubi Qafqaz ərazisində yayılması və onların Azərbaycan xalqının təşəkkülü prosesində həlledici rol oynadığını göstərir.
Bütün bu qeyd olunanlar əlbəttə ki, Azərbaycanın tarixi, əzəli torpaqlarının epiqrafik abidələri haqqında yazılanların az bir qismidir. Qarabağda və onun ətrafında yüzlərlə epiqrafik məzar daşları və onlar üzərindəki epitafiyalar öz varlığını qoruyub saxlamaqdadır. Qüdrətli Azərbaycan dövləti və onun şanlı ordusunun tarixi qələbələri ilə düşmən işğalından azad olunmuş o müqəddəs torpaqlarımızda yaxın gələcəkdə epiqrafik abidələr yenidən qeydə alınacaq və bu abidələrdə geniş miqyaslı elmi tədqiqatlar aparılacaqdır.
Ədəbiyyat:
1. Ağalarzadə A. Kürqırağı abidələri (tarixi-epiqrafik tədqiqat). Bakı: “Avropa nəşriyyatı” 2005, 64 s.
2. Əhməd Ə. Səfəvilər dövründə din və dini münasibətlər. Bakı: “Mütərcim” 2019, 512 s.
3. Nemətova M. Nadir tapıntı: Urud abidələri// “Elm və həyat”, 1986, №12, s. 16-20.
4. Nemətova M. Əsrlərin daş yaddaşı. Bakı: “İşıq” 1987, 64 s.
5. Nemət M. Azərbaycanda pirlər. Bakı: “Elm və təhsil” 2010, 209 s.
Anar AĞALARZADƏ
Tarix üzrə fəlsəfə doktoru, dosent
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun “Cənubi Qafqaza erməni köçü: xronikası, mahiyyəti” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək