15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Türkdilli Dövlətlərin VI Zirvə görüşü başa çatıb
Tarix: 03-09-2018 23:31 | Bölmə: Gündəm

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.
Reyting.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Zirvə görüşünün açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan NAZARBAYEV tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. O, builki Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsini yüksək dəyərləndirdi.
Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız Respublikasının Prezidenti Sooronbay JEENBEKOV builki Zirvə görüşünün əsas mövzusunun milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı olduğunu bildirdi.
Şura qarşısında bir sıra vacib məsələlərin dayandığını vurğulayan Prezident Sooronbay Jeenbekov türkdilli dövlətlər arasında turizmin inkişafının əhəmiyyətini qeyd edərək dedi:
- Qırğızıstan ölkələrimiz arasında turizmin dinamik inkişafını fəal şəkildə dəstəkləyir. Biz bütün səylərimizi "Müasir İpək Yolu” layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırıq. Bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir. Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək.
Azərbaycan Prezidenti İlham ƏLİYEV Sammitdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli Sooronbay Şərifoviç.
Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
İlk növbədə, Sooronbay Şərifoviç, göstərilən qonaqpərvərliyə görə və Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Qırğızıstan torpağında olmağımdan çox məmnunam. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik edən Qazaxıstan tərəfinə də öz minnətdarlığımı bildirirəm. Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır.
Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər.
Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır.
Onu da qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır.
Bugünkü Zirvə görüşünün mövzusu idmanla bağlıdır. Bu barədə də öz fikirlərimi bildirmək istərdim. Azərbaycanda idmana çox böyük diqqət göstərilir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onların arasında xüsusilə I Avropa Oyunlarını qeyd etmək istərdim. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməmişdi. İlk dəfə olaraq üç il bundan əvvəl Bakıda Oyunlar keçirildi. Bu Oyunlarda Avropanın bütün ölkələrini təmsil edən 5 mindən çox idmançı iştirak etmişdir. Azərbaycan Oyunlarda yüksək idman nəticələri göstərmişdir və komanda hesabında ikinci yerə layiq görülmüşdür. Ondan iki il sonra, yəni ötən il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu Oyunlarda Azərbaycan idmançıları birinci yerə layiq görülmüşlər. İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nəticələr göstərirlər. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi nailiyyətdir.
İdman insanları, xalqları birləşdirir. Əminəm ki, idmanın inkişafı həm ölkələrimizin ümumi inkişafına töhfə verəcək, eyni zamanda, bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.
Humanitar məsələlərə gəldikdə, xüsusilə TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirmək istərdim. Azərbaycan hər iki təşkilatda fəal iştirak edir.
Mən diqqətinizi iqtisadi əməkdaşlığa cəlb etmək istərdim. Xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir.
Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, "Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik.
Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir.
Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, bugünkü Zirvə görüşünün çox böyük mənası var, çox gözəl nəticələri olacaq. Əsas nəticə də ondan ibarətdir ki, bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək.
Təşəkkür edirəm.
X X X
Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırdı.
Nursultan Nazarbayev Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önəmini qeyd etdi, Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasının əhəmiyyətini vurğulayaraq dedi:
- Prezident İlham Əliyevin dediyi kimi, Qafqazdan keçməklə Türküstandan Qara dənizə dəmir yolu istifadəyə verilib. Bununla yanaşı, Qazaxıstanın Kurık və Aktau limanlarının yükötürmə qabiliyyəti 26 milyon tona çatıb. Həmçinin Qazaxıstandan, Türkmənistandan və İrandan Körfəz ölkələri bazarlarına daxil olmağa imkan verən dəhlizi qeyd etmək lazımdır. Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır.
Onu da deyim ki, bizim sədrliyimiz dövründə elmi maarifləndirmə işlərinə xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına "Ümumtürk tarixi” dərsliyi daxil edilib. Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı "Atalar mirası” portalı istifadəyə verilib, "Türkbarometr sosioloji tədqiqat” layihəsinin reallaşdırılmasına başlanılıb. Dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün "Müasir İpək Yolu” layihəsinə start verilib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurasının ötən müddətdə sürətlə inkişaf edərək güclü quruma çevrildiyini diqqətə çatdıraraq dedi:
- 2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurasının ötən müddətdə təşkilati cəhətdən gücləndiyini görürük. Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var.
Prezident Rəcəb Tayyib Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafından danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğuladı, onun həm də xalqlarımızın yaxınlaşmasına xidmət etdiyini söylədi:
- Xəzərdən keçməklə Qafqazı və Orta Asiyanı aşaraq Çinə qədər uzanan "Şərq-Qərb Orta Dəhliz” təşəbbüsünə önəm veririk. "Müasir İpək Yolu – Orta Dəhliz” kimi tanınan bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Beləliklə, Qərbi Avropadan çıxan bir qatar dayanmadan Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və Seula çata biləcək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah səviyyəsinin artmasına və münasibətlərimizin inkişafına töhfə verəcək.
Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm veririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmli bəhrələridir. Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyun ayında işə saldıq.
Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın imzalanmasından duyduğumuz məmnunluğu burada xüsusi bildirmək istəyirəm.
Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyinin önəmli olduğunu bildirərək dedi:
- Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik.
Özbəkistan Respublikasının Prezidenti Şavkat MİRZİYOYEV Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək bildirdi:
- Yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq daha da möhkəmlənib. Ölkələrimizin regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə ortaq fəaliyyətləri uğurla inkişaf edir və bu istiqamətdə bir sıra iqtisadi layihələr diqqəti cəlb edir. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanı, Qazaxıstanda "Dostluq” və digər nəqliyyat-logistika kompleksləri fəaliyyət göstərir. Bir müddət öncə isə Aktauda Kurık limanı işə düşdü. Bu layihələr gələcəkdə regional əməkdaşlığa töhfə verəcək. Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, bu il fəaliyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlar açır.
Zirvə görüşündə müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor ORBAN macar xalqının türkdilli xalqlarla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
Viktor Orban Avropanın mərkəzində yerləşən Macarıstanın da öz dilini və mədəniyyətini qoruduğunu dedi, bu məqsədlə ölkəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirdi:
- Şuraya üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar və Türkiyə ilə olduğu kimi, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bir neçə ildir ki, strateji tərəfdaşlıq səviyyəsindədir. Məqsəd həm də Qırğızıstan və Özbəkistan ilə münasibətləri eyni səviyyəyə çatdırmaqdır. Onu da deyim ki, Macarıstan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov görülən işlər və gələcək planlar barədə məlumat verdi.
Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri imzaladılar.
Qazaxıstan nümayəndəsi, səfir Bağdat Amreev Şuranın yeni baş katibi seçildi.
Dövlət başçıları növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdilər. Gələn il Sammitin Azərbaycanda keçirilməsi qərara alındı.
Sonra dövlət və hökumət başçıları Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən və qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxdılar.
Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü başa çatdı.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək