15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dini konfessiya rəhbərləri prezident İlham Əliyevi təbrik edib
Tarix: 07-11-2022 15:05 | Bölmə: Gündəm

Azərbaycandakı dini konfessiya rəhbərləri prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Reyting.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə dini konfessiya rəhbərlərinin dövlət başçısına təbrik məktubu oxunub.
Toplantıda Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: "Bu gün xalqımızın, dövlətimizin tarixində möhtəşəm bayramlar ərəfəsindəyik. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində Zəfərimizdən iki il ötür. Həmçinin, üçrəngli dövlət bayrağımızın fəxarətli bayram gününü qeyd edəcəyik. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Zəfər bayramının dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın qəlbində önəmi olduqca böyükdür. Azərbaycan xalqı 2020-ci ildə 44 gün ərzində tarixin dövlət imtahanından qalibiyyətlə keçdi. Beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli missiyanı müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Ordumuz həyata keçirdi. İllərlə həsrətində olduğumuz əzəli torpaqlarımızı işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək, məscidlərimizi, məbədlərimizi həqarətdən, sərvətlərimizi yağmalanmaqdan qurtarmaq yolunda haqq mübarizəmizi, dünya birliyinin göz yumduğu vandalizm hallarına, mədəni soyqırımı cinayətlərinə son qoymaq, dağıdılmış, ruhlar məkanına çevrilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq vəzifəsini şanlı Azərbaycan Ordusu ləyaqət və şərəflə yerinə yetirdi. Azərbaycan Ordusunun Vətən yolunda canından keçən qəhrəman şəhidlərinə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfaət bəxş etsin! Möhtərəm Prezident İlham Əliyev cənabları Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq zirvəsinə yüksəltdi, ata vəsiyyətini — Azərbaycan xalqının Ulu Öndərinin Qarabağa dair vəsiyyətini yerinə yetirdi. Xalqın dəstək və həmrəyliyi, liderinə olan dərin etimadı, ehtiram və məhəbbətinə istinadən İlham Əliyev qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən millət qəhrəmanı olaraq tarixin səhifələrinə həkk olundu".
Daha sonra QMİ sədri dini mərkəzin, din xadimlərinin bu dövrdə fəaliyyətinə toxunub: "İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz din xadimləri dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yolunda əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları sıradan çıxarmaq üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla apardığımız gərgin fəaliyyətlərimizlə ümumi Zəfərə öz töhfəmizi verdik. Din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə dini xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi layiqli şəkildə həyata keçirdik. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə yardımçı olduq. Fəxarət doğuran haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxış zamanı Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, yüksək dəyərləndirdi. Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaqdır. Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyildir. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər. Vətən müharibəsindəki Zəfərimizin ilk ildönümündə işıq üzü görmüş “Vətən və İman” adlı nəşrdə Azərbaycanın bütün dini konfessiyaları ilə birgə Vətən müharibəsindəki fəaliyyətlərimiz geniş işıqlandırılıb. Müxtəlif dillərə tərcümə olunmuş bu kitabda dünya ictimaiyyətini din xadimlərinin fədakar dəyləri və əməlləri, dindarların Vətən sevgisi nümunələri ilə tanış etməkdəyik. Din xadimləri olaraq, bölgədə sülh və qarşılıqlı anlaşma mühiti naminə bundan sonra da mənəvi missiyamızı yerinə yetirmək əzmindəyik və əlimizdən gələni əsirgəməyəcəyik.
Şeyxülislam A. Paşazadə dövlətimizin dini-mənəvi dəyərlərə yüksək diqqətindən, azad Qarabağda aparılan bərpa və quruculuq işlərindən bəhs edib: "Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, dini-mənəvi məkanların bərpası ilə bağlı nəzərdə tutulan və sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərimizə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmalarına bütün dünya şahiddir. Azad edilmiş ərazilərdə məscidlərlə yanaşı digər dinlərə məxsus dini-mənəvi abidələrin bərpa və yenidənqurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir. Füzulidə, bu yaxınlarda Zəngilanda fəaliyyətə başlamış hava limanları, Şüşaya aparan Zəfər yolu, Ağalı kəndinə qayıdış, Ağdama, Cəbrayıla nəfis baş planları üzrə yeni həyat verilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır. Uca Allahın köməyi ilə, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir. Fəxr edirik ki, Qafqazın lider dövləti olan Vətənimiz bu gün də bölgədə sülh, iqtisadi tərəqqi yönündə dəyərli layihələrlə çıxış edir".
QMİ sədri Şeyxülislam A. Paşazadə bu il ərzində dünyanın müxtəlif nöqtələrində - Vatikan, Fransa, İngiltərə, Avstriya, İndoneziya, Bəhreyndə mötəbər tribunalardan Azərbaycan xalqının Zəfərini tərənnüm etdiyini, xalqımızın qəhrəman Ordusunun gücü ilə əldə etdiyi qələbəsindən, dövlət rəhbərimizin müdrik və müzəffər Ali Baş Komandanlığından bəhs etdiyini, dini konfessiya rəhbərlərimizlə bərabər ölkəmizin multikultural dəyərlərinin təntənəsindən danışdığını diqqətə çatdırıb. Sonda Ulu Rəbbimizdən xalqımıza, dövlətimizə yeni qələbələr nəsib etməsini dua edib.
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev öz çıxışında Vətən müharibəsində qazanılmış Zəfərin önəmindən bəhs edib, şanlı Azərbaycan Ordusunun rəşadətlərini xatırladıb, Azərbaycanın bütün dini konfessiyalarının təmsilçilərinin, din xadimlərinin Zəfərin qazanılmasında roluna toxunub.
Tədbirdə dini konfessiya rəhbərləri çıxış ediblər. Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili öz çıxışlarında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı uğurun tarixi əhəmiyyətindən danışıblar və sıralarında müxtəlif din mənsubları olan Vətən şəhidlərinin xatirəsini anıblar.
Zəfərin ikinci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin qazı və səlahiyyətli nümayəndələri Vətən müharibəsi dövründə din xadimlərinin xalqa, orduya dini-mənəvi xidmət göstərmələrindən, Şeyxülislam başda olmaqla dini mərkəzin tövsiyə və tapşırıqlarını mənəvi borc olaraq həyata keçirərək şəhidlərin dəfn mərasimlərində yaxından iştiraklarından duyduqları qüruru vurğulayıb, qazanılmış Zəfərin ali mənəvi dəyərindən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan dindarları, din xadimləri hər zaman Vətənin xidmətindədirlər və Azərbaycan Prezidentinin müdrik siyasətini dəstəkləyirlər. Tədbirdə iştirak edən Vətən müharibəsinin qazisi olan din xadimlərinin ürək sözləri dinlənilib və onlar Zəfər bayramı münasibətilə mükafatlandırılıblar. Bildirildi ki, bütün məscidlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhları dualarla anılacaq.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək