15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclası keçirilib - Prezidentlərin çıxışı (Yenilənib)
Tarix: 11-10-2022 21:28 | Bölmə: Gündəm

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.
Reyting.az xəbər verir ki, iclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov deyib:
-Möhtərəm İlham Heydər oğlu.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Hörmətli İlham Heydər oğlu, Sizi və başçılıq etdiyiniz Azərbaycan Respublikasının nümayəndə heyətini Qırğız Respublikasında səmimi-qəlbdən salamlayıram. Bizim dəvətimizi qəbul edib ölkəmizə dövlət səfəri etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz Sizin səfərə Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət veririk. Bizim qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. Məhdud tərkibdə görüşdə biz artıq əməkdaşlığımızın çoxlu mühüm məsələlərini müzakirə etdik, onun başlıca istiqamətlərini, prioritetləri müəyyənləşdirdik və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirəni davam etdirəcəyik.
Ticarət və investisiya əməkdaşlığından danışarkən mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün biz Sizinlə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoruna və fəaliyyət mexanizminə çevrilməlidir.
Sevindirici haldır ki, bizim ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələ ki, potensialdan uzaqdır. Biz Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq.
Hörmətli İlham Heydər oğlu. Ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bunları qeyd etmək istərdim. Sevindirici haldır ki, biz ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malikik. Çox qədim zamanlardan əcdadlarımız bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər. Biz mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu kontekstdə bizim Vətənimizin paytaxtı Bişkekdə sabah istifadəyə veriləcək Heydər Əlirza oğlu Əliyevin adına və Nizami Gəncəvinin adına iki ümumtəhsil məktəbinin birgə açılışı kimi ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verən belə əlamətdar layihələrin mühüm əhəmiyyətini xüsusi məmnunluqla vurğulamaq istərdim. Bu gözəl yerlərdə bizim gənclərimizin – Qırğızıstanın gələcəyinin təhsil alacağı fərəh doğurur. Əminəm ki, bizim oğlanlarımız və qızlarımız qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsünə çevriləcəklər.
Həmçinin böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, biz tikintisi azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümid edirəm ki, bu gözəl park sakinlərin sevimli istirahət məkanı olacaq.
Xatırlayıram ki, Bakıdakı görüşümüzdə mən “Manas” dastanında əsrlərin dərinliklərindən gələn Qırğız mənəvi irsinin aparıcı mövzusunun birlik olması haqqında bizim dahi həmyerlimiz, yazıçı Çingiz Aytmatovdan sitat gətirdim. Bildiyimiz kimi, o, həmçinin bizim azərbaycanlı dostlarımıza da yaxındır. Biz birliyi, ləyaqəti, ədaləti dərindən qiymətləndirir, onlara ehtiramla yanaşırıq. Sevindirici haldır ki, bu keyfiyyətlər bizim azərbaycanlı qardaşlarımıza da xasdır.
Qırğız və Azərbaycan dillərində “namız” eyni əhəmiyyətə malikdir və “namus”, “vicdan”, “abır-həya” kimi tərcümə edilir, müxtəlif nitq çalarlarını əks etdirir.
Uzaq 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyinin qeyd olunması zamanı Qırğızıstana səfər edən Azərbaycan xalqının dahi oğlu və ölkənin Ümummilli Lideri hörmətli Heydər Əlirza oğlunun sözlərindən sitat gətirmək istəyirəm. O qeyd edirdi ki, biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq.
Biz öz tərəfimizdən, həmçinin vurğulamaq istəyirik ki, azərbaycanlı qardaşlarımızla əməkdaşlığın bütün istiqamətləri üzrə səmərəli işə hazırıq.
Hörmətli İlham Heydər oğlu, diqqətinizə görə təşəkkür edirəm. Sizi bir daha salamlamağa şadam və sözü Sizə verirəm, buyurun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Səmimi sözlərə görə çox sağ olun, hörmətli Sadır Nurqojoyeviç. Həm xalqlarımız arasında qardaşlıq xarakteri daşıyan əlaqələrə, həm də Qırğızıstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Çox şadam ki, bu səfəri həyata keçirirəm. İndiyədək mən iki dəfə qardaş Qırğızıstan torpağında olmuşam, lakin bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Amma Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir ki, bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir.
Həmçinin bizim xalqlarımızı birləşdirən və dövlətlərarası münasibətlər üçün möhkəm təməl rolunu oynayan ortaq tarixi köklərimizi, mədəni köklərimizi qeyd etmək istəyirəm. Bu gün mən Xatirə Memorialını, Qırğız xalqının dahi oğlu Çingiz Aytmatovun məzarını da ziyarət etdim. Bakıda onunla görüşmək mənə nəsib olub və bu görüşləri səmimiyyətlə xatırlayıram. O, həqiqətən təkcə Qırğız xalqının deyil, bütün Türk dünyasının fəxridir.
Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Müvafiq Bəyannamə Sizin səfəriniz zamanı Bakıda imzalanıb və biz bu gün artıq məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi apardıq. Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.
Biz artıq o barədə danışmışıq, fondun fəaliyyəti, onun kapital qoyuluşunun istiqamətləri üzrə konkret təkliflər gözləyirik ki, vaxt itirmədən əmtəə dövriyyəsinin yaxşılaşdırılmasına daha tez töhfə verək. Mən Sizin rəyinizlə razıyam, səfər ərəfəsində ikitərəfli münasibətlərin materialları ilə tanış oldum və əlbəttə, gördüm ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi demək olar rəmzidir, lakin yaxşı imkanlar mövcuddur. Qırğızıstanda həyata keçirilən islahatlar əminəm ki, sürətli iqtisadi artıma, biznes və xarici investorlar üçün yeni imkanların yaradılmasına kömək olacaq.
Azərbaycana gəlincə, biz artıq uzun illərdir ki, dost ölkələr üçün investoruq və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə həmişə xidmət edib və xidmət edir, bizim qarşılıqlı maraqlarımıza xidmət edir - onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır. Beləliklə, düşünürəm ki, birgə fondun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir.
Əlbəttə ki, biz ilk dəfə olaraq Dövlətlərarası Şuranın iclasını keçiririk. Biz, əslində, münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq qeyd etdiyimiz kimi, bizim hökumətlərarası komissiyanın iclası nisbətən bu yaxınlarda Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə, necə deyərlər, əlimizi nəbzimizdə tutmaq və qeyd etdiyimiz hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.
Xalqlarımız arasında münasibətlər, əslində, böyük tarixə malikdir və Siz öz çıxışınızda humanitar sahədə əməkdaşlığı qeyd etdiniz. Biz Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə yüksək etimada görə minnətdarıq. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Eləcə də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adı başqa məktəbə verilib. Biz bunu xalqımıza hörmət əlaməti kimi dəyərləndiririk və buna yüksək qiymət veririk.
Mən Qırğızıstan-Azərbaycan Dostluq Parkının istirahət məkanı və Qırğızıstan paytaxtının inkişaf edən simasını bəzəyən yeni layihələrdən biri olacağı barədə fikrinizlə şərikəm.
Dəvətə, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Qardaş Qırğız xalqına Azərbaycan xalqı adından dərin hörmətimi ifadə edirəm. Sağ olun.
Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, səmimi sözlərinizə görə çox sağ olun.
X X X
Sonra ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə çıxışlar oldu.
X X X
Daha sonra dövlət başçıları çıxış etdilər.
Qırğızıstan Prezidenti Sadır Japarov deyib:
Hörmətli nümayəndə heyətinin üzvləri, çıxışlarınız üçün çox sağ olun.
Möhtərəm İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Qırğız Respublikası ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafına mühüm əhəmiyyət verir, Azərbaycana etibarlı dost və tərəfdaş qismində baxır.
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı dinamik inkişaf edir, ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Biz siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişik.
İnanıram ki, biz beynəlxalq təşkilatlar və regional birliklər çərçivəsində konstruktiv əməkdaşlığın gələcək inkişafını birgə səylərlə təmin edəcəyik.
Heç bir şübhə yoxdur ki, ölkələrimiz arasında çoxəsrlik tarixə, ortaq ənənələrə, dilə və mədəni-mənəvi irsə əsaslanan dostluq telləri və qarşılıqlı qardaşlıq münasibətləri gələcək inkişaf və dərinləşmə üçün zəmin yaradır.
Əminəm ki, bu gün imzalanmış sənədlər gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək.
Diqqətinizə görə təşəkkür edirəm.

-Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Biz bu gün belə tərkibdə əməkdaşlığımızın mühüm istiqamətləri üzrə nümayəndə heyətinin üzvlərinin şərhlərini dinlədik. Bu, bir daha sübut edir ki, hər iki tərəf konkret nəticəyə istiqamətlənib. Düşünürəm ki, həm iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlıq üzrə, həm də investisiya layihələri çərçivəsində dinlənilən bu məlumatların konkret nəticəsi olacaq. Çünki bütün bu istiqamətlər üzrə ölkələrimizin və xalqlarımızın yaxınlaşdırılmasına dair ümumi fikir mövcuddur.
Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.
Biz bu gün məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışdıq. Düşünürəm ki, bu sahədə də ölkələrimizin aparıcı ali məktəblərində tələbələrimizin təhsil alması və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar gələcəkdə bizim kimi köklərimizə, ənənələrimizə, ölkələrimiz arasında hisslərə bağlı olmalıdırlar.
İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulamaq istərdim. Qeyd edildiyi kimi, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, necə deyərlər, bizə kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək. Artıq deyildiyi kimi, Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu cür planlar əvvəllər də mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirilmişdi, 9 ay ərzində 60 faiz artım – bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir.
Azərbaycandan, həmçinin çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Azərbaycanın müəyyən qovşaq nöqtələrində bu iki dəhliz təbii ki, kəsişir, artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək imkanı yaradır. Buna görə düşünürəm ki, həm hökumətlərarası komissiyalar, həm də ola bilsin, nəqliyyat sahəsi üzrə daha tez-tez məsləhətləşmələr çərçivəsində hansısa mərhələdə xüsusi işçi qrupunun yaradılmasına dəyər ki, bu, daim təmasda ola bilər. Çünki burada həyata keçirilən layihələr haqqında informasiya ilə bağlı, yenə də sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki sizin regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar vaxtında və necə deyərlər, daha səmərəli olsun.
Buna görə də düşünürəm ki, bu istiqamətdə və bütün digər istiqamətlərdə çox ciddi potensial var. Bu gün bizim gündəliyimiz geniş oldu. Əminəm ki, planlaşdırdığımız hər bir işi icra edəcəyik. Biz prezidentlər kimi qərarların icrasına nəzarət edəcəyik. Dövlətlərarası Şura müntəzəm görüşəcək. Buna görə də nümayəndə heyətinin bütün üzvlərini fəal çalışmağa və nəticə yönümündə işləməyə dəvət edirəm. Çox sağ olun.
Prezident Sadır Japarov: Çox sağ olun, İlham Heydər oğlu. Sizin irəli sürdüyünüz təklifləri, fikirləri əminəm ki, tezliklə həyata keçirəcəyik.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək