15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Əliyev kompleksin açılışında şəhid aiilələri ilə söhbətləşdi: "Məmurlara tapşırıq vermişəm ki..." - Fotolar
Tarix: 02-05-2022 17:05 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.
Reyting.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi.
Bildirilib ki, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.
Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.
Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.
Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdəki uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Sonra dövlət başçısı və birinci xanım Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.
Prezident İlham Əliyev şəhidin ailə üzvləri ilə söhbətində deyib:
- İlk növbədə, sizi Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Biz bu bayram günündə Bakı şəhərində yeni şəhərciyin açılışını qeyd edirik. Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərdə həm şəhid ailələri, həm müharibə əlilləri yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah sizin oğlunuza rəhmət eləsin. Böyük faciədir, böyük itkidir. Siz oğlunuzu itirmisiniz, siz həyat yoldaşınızı, siz isə qardaşınızı. Bilirəm ki, Mahir çox qəhrəman bir insan idi, Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsində də xüsusi qəhrəmanlıq göstərdiyinə görə dövlət tərəfindən üç medalla təltif edilmişdir. Ağır itkidir, sağalmaz bir yaradır, bunu hər kəs başa düşür. Amma yeganə təsəlli o ola bilər ki, canını Vətən uğrunda fəda etdi. Onun və onun kimi övladlarımızın qəhrəmanlığı nəticəsində biz işğala son qoyduq.
Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.
Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz.
Əlbəttə, biz bütün şəhidlərimizin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qovuşacağıq. Əlbəttə ki, gənc yaşında həyatdan getmək böyük faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda, onun qanı yerdə qalmayıb. O, oktyabrın 19-da rəhmətə getmişdir. Artıq Füzuli şəhəri işğaldan azad edilmişdir. Ondan sonra onun yoldaşları müzəffər yürüşünü axıra qədər davam etdirərək bayrağımızı Şuşada sancdılar, düşməni qovduq və haqq-ədaləti bərpa etdik.
Sizin üçün əlbəttə ki, çox ağırdır, bu itki ilə heç cür barışmaq mümkün deyil. Vaxt da bu yaranı sağaltmayacaq. Amma yenə də onun xatirəsi, onun qəhrəmanlığı daim yaşayacaq. Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər. Onlar bizim üçün qürur mənbəyidir və bu, Azərbaycan xalqı durduqca əbədi olacaq. Biz onların xatirəsini əbədi yaşadacağıq. Onların qəhrəmanlığı heç vaxt bizim yaddaşımızdan, sonrakı nəsillərin ürəyindən silinməyəcək. Şəhidlər ölmür, biz bunu artıq dəfələrlə demişik, onlar bizimlədir. Çünki onların xatirəsi yaşayır, Mahirin övladı yaşayır. Əminəm ki, atasına layiq böyüyəcək. Sadəcə olaraq, onun böyüməsi, onun atası kimi qəhrəman olması sizin üçün bir təsəlli ola bilər.
Yəni, o, həyatda övladını, gənc həyat yoldaşını, qardaşını, anasını qoyub getdi. Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır.
Şəhid Mahirin qardaşı Habil Məmmədov: Çox sağ olun, cənab Prezident, bu müqəddəs gündə bizi ziyarət edirsiniz. Şəhid ailələrinə, qazilərə həmişə diqqət və qayğı göstərirsiniz. Sizə öz ailəmiz adından da təşəkkürümüzü bildiririk. Bu gözəl mənzilə görə də çox sağ olun. Mehriban xanım, Siz də çox sağ olun. Allah razı olsun.
Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə yaşı var? ...
Şəhid Mahirin anası Timziyə Məmmədova: Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə başladı.
Birinci xanım Mehriban Əliyeva: Sentyabrda doğulub...
Timziyə Məmmədova: Heç görə bilmədi, birinci övladıdır, bir az gec evləndi.
Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın, adı nədir?
Timziyə Məmmədova: Babasının adıdır, Səlim. İndi şəhidlərimizin ruhu şaddır ki, bizim torpaqlarımız alınıb Sizin sayənizdə.
Prezident İlham Əliyev: Ruhları həmişə şad olacaq. Bizim hamımızın borcu idi və yenə də deyirəm, onun qanını biz döyüş meydanında aldıq, haqq işimizi sonuna qədər apardıq və Qələbəni təmin etdik. Mahirin balaca balası böyüyəndə, əlbəttə, atası ilə ömür boyu həm fəxr edəcək, həm də əminəm ki, ömür boyu Azərbaycan xalqı həmişə ona qayğı göstərəcək, hörmət edəcək, çünki o, şəhidin övladıdır.
Timziyə Məmmədova: Özü də atası ilə qürur duyacaq, düzdür.
Habil Məmmədov: Tez-tez məzarının üstünə aparıb gətiririk.
Birinci xanım Mehriban Əliyeva: Qələbə parkında hər bir şəhidin adı yazılıb.
Prezident İlham Əliyev: Hər birinin, hər birinin. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.
Timziyə Məmmədova: Mahir özü də çox yaxşı oğul olub. Öz işini də çox sevirdi, xəritəçəkən olub. İşini çox sevirdi. Allah rəhmət eləsin bütün şəhidlərə.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Habil Məmmədov: Cənab Prezident, biz də Sizinlə fəxr edirik. Nə yaxşı ki, xalqımızın, dövlətimizin Sizin kimi Prezidenti var. Allah Sizə cansağlığı versin. Çox sağ olun hər bir şəraitə görə. Diqqət, qayğı göstərdiyinizə görə çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
Timziyə Məmmədova: Sizin tapşırığınızla biz şəhid ailələrinə yaxşı baxırlar, qiymət verirlər. Yaxşıyıq, hər şey yaxşıdır. Narazı deyilik.
Habil Məmmədov: Vaxtlı-vaxtında maraqlanırlar.
Prezident İlham Əliyev: Bəli, mən bütün dövlət qurumlarına göstəriş vermişəm, daim şəhid ailələri diqqətlə əhatə olunsunlar.
Timziyə Məmmədova: Qayğı göstərilir.
Prezident İlham Əliyev: Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur.
Bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və Mahir kimi övladlarımız buna nail oldular. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Məşğulluqla bağlı. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək.
Habil Məmmədov: Mənzil də çox gözəldir, cənab Prezident.
Şəhid Mahirin həyat yoldaşı Günel Məmmədova: Mənzilə görə çox sağ olun.
Prezident İlham Əliyev: Yaxşıdır, bura şəhərcikdir, bağça da var, məktəb də yaxındadır.
Habil Məmmədov: Şəraiti çox gözəldir.
Prezident İlham Əliyev: Bilirsiniz, bu evlər məcburi köçkünlər üçün inşa edilmişdi. İşğal dövründə məcburi köçkünləri yerləşdirmək üçün, normal şərait yaratmaq üçün böyük işlər görüldü və belə gözəl şəhərciklər yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul etdim, onlar üçün nəzərdə tutulan yerləri biz şəhid ailələrinə təqdim edək ki, onlar çox vaxt gözləmədən tezliklə bu mənzillərlə təmin olunsunlar. Çünki hələ də, - onu da deməliyəm, - Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin bəziləri evlərlə təmin edilməyib. Düzdür, 12 min 500 mənzil verilib, ancaq hələ də növbədə duranlar var. Ona görə mən dedim ki, birincisi, məcburi köçkünlər üçün biz artıq Qarabağda, Zəngəzurda evlər tikməyə başlamışıq. Onlar orada yaşamalıdırlar. İkincisi, tezliklə şəhid ailələri, yaralı olan hərbçilərimizin problemlərinin həlli üçün bu gözəl evləri biz şəhid ailələrinə təqdim edək. Keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün şərait var. Amma ondan sonra məşğulluqla bağlı, - mən bilirəm ki, siz işləyirsiniz, - pensiyalarla, təqaüdlə bağlı bütün bu məsələlər, həmçinin şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar ki, sizin və sizin kimi şəhid ailələrinin həyatında heç bir problem olmasın. Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur.
Ailə üzvləri: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib - hər birimiz, o cümlədən Mahir. Onu irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə barışmazlığı olub. Canını fəda edib, amma onun kimi övladlarımız xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq.
Timziyə Məmmədova: İndi başımız ucadır.
Prezident İlham Əliyev: Bəli, başımız ucadır, əbədi belə olacaq. Bir daha demək istəyirəm ki, Mahirlə, onun kimi şəhidlərlə biz əbədi fəxr edirik və edəcəyik.
Habil Məmmədov: Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Arzulayıram ki, dövlət tərəfindən sizə yaradılan bu şərait bundan sonra acınızı nisbətən azalda bilsin.
Habil Məmmədov: Düzdür, bizim üçün təsəllidir, cənab Prezident. Sizinlə görüşmək də çox xoş oldu. Çox sağ olun, hər bir şəraitə görə.
Prezident İlham Əliyev: Sağ olun.
Ailə üzvləri: Təşəkkür edirik. Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək