15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Əliyev rəqiblərini üstələyir - Rəy sorğusu
Tarix: 27-03-2018 11:47 | Bölmə: Gündəm

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə bu ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondent arasında rəy sorğusu keçirib.
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova keçirdiyi mətbuat konfransında deyib ki, respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilən rəy sorğusu 18 və yuxarı yaş kateqoriyasında əhali qrupunu əhatə edib. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüyerlər qrupu tərəfindən aparılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhərlər, 6,2%-ni qəsəbələr, 43,4%-ni isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb.
Sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7%-i 18-29 yaş, 22,3%-i 30-39 yaş, 18,8%-i 40-49 yaş, 16,8%-i 50-59 yaş, 13,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olublar. Ailə vəziyyətlərinə görə onların 73,3%-i evli, 19,9%-i subay, 5,2%-i dul, 1,6%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 48,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 20,5%-i ali təhsilli, 6,3%-i isə tam orta təhsili olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,3%-i dövlət sektorunda, 21,7%-i özəl sektorda, 15,2%-i özünə işləyən, 3,3%-i tələbə, 11,3%-i işləməyən təqaüdçü, 8,1%-i işsiz, lakin iş axtaran, 23,1%-i isə evdar qadınlardır. 2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3%-i uğurların olduğunu vurğulayıblar. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6%), sabit siyasi vəziyyət (78,9%), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3%) və digərləri qeyd olunub.
Növbəti mərhələdə rəyi soruşulanlara ölkə prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1%-i bu siyasəti dəstəklədiklərini, 2,9%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkib.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyasəti dəstəklədiklərini, 6,3%-i isə dəstəkləmədiklərini qeyd ediblər. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkib.
Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə prezidentinin atdığı addımları qiymətləndirən respondentlər bu fəaliyyəti yüksək qiymətləndiriblər. Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i uğurlu, 6,3%-i uğursuz hesab ediblər. 5,2% isə cavab verməkdə çətinlik çəkib.
Azərbaycan-Ermənistan münaqişəsinin həllində 25 ildən artıq iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7,0% olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9%-dir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6,0% olub. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3%-i, yəni üçdə biri, bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.
Sorğu zamanı respondentlərə “Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə, kimə səs verərdiniz?” sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən respondentlərin 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini söyləyərək səs verəcəklərini bildiriblər. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib.
Sorğu zamanı respondentlərə 2013-cü ildə keçirilmiş prezident seçkilərində kimə səs verdikləri barədə sualla müraciət olunub. Onların 83,3%-i İlham Əliyevi, 1,2%-i başqa namizədləri dəstəklədiklərini deyiblər. Rəyi soruşulanların 8,6%-i seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyiblər. Respondentlərin 6,9%-i cavab verməkdə çətinlik çəkiblər.
Aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmədiklərini söyləyiblər. 6,5% respondent isə ümumiyyətlə seçkilərdə iştirak etmədiyini etiraf edib.
Beləliklə, sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, bu gün də Azərbaycan seçicisi prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir.(APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək