Tarix: 31-03-2016 12:03 | Bölmə: Gündəm

ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.
"Mən prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam," – deyə Kerri bildirib."Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq.”
Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür edərək, bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildirib.
"Bizim başqa maraqlarımızı da var – əks-terrroizm. Habelə biz Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır.”
Prezident İlham ƏIliyev isə çıxışı zamanı Vaşinqtona dəvətə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edərək, iki ölkə arasında yaxın və mehriban münasibətlər olduğunu dilə gətirib:"Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycanda $10 milyarddan çox investisisya qoyublar.”
Daha sonra Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşasından söz açıb:"Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir.”
Azərbaycanın 100-ə yaxın sülhməramlı əsgərinin Əfqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu da xatırladıb.
Qeyd edək ki,İ.Əliyev bu həftə Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdədir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək