Tarix: 12-11-2015 15:14 | Bölmə: Gündəm

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir. İstiqlal.az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, yaxın günlərdə Eldar Mahmudov həbs olunacaq.
Mənbənin məlumatına görə, onunla eyni gündə qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də dəmir barmaqlıqlar arasına salınacaq.
Mənbə bildirib ki, MTN-in iki generalı - nazirliyin Həqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovla Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovun əməlləri barədə toplanmış materialların Baş Prokurorluğa təqdim edilməsi Eldar Mahmudovun həbsinə hazırlıqdır.
Məlumatlara görə, "MTH işi" çərçivəsində istintaqa cəlb olunan nazirliyin əməkdaşları Eldar Mahmudovun əleyhinə ifadələr veriblər. Həmin ifadələr yoxlanılıb və faktların əsassız olmadığı üzə çıxıb. Bununla da Eldar Mahmudovun həbsi zərurətə çevrilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək