Tarix: 29-04-2017 18:12 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Qətər Dövlətinin sabiq baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.
Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkədə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu deyib və Bakıda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirib.
Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxunub, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını deyib. Dövlət başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışıb.
Görüş zamanı iki ölkə arasında hava nəqliyyatı, turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Qətər ikitərəfli əlaqələrinin genişləndirilməsinin önəmi qeyd olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək