Tarix: 03-04-2017 12:01 | Bölmə: Gündəm

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.
Reyting.az Azərtac-a istiandən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan prezidentinə raport verib.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib..
Prezident İlham Əliyev və prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək