Tarix: 27-02-2017 16:40 | Bölmə: Gündəm

Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.
Reyting.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir:
"Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır”.
Qeyd edək ki, ermənilər döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar.
Müdafiə Nazirliyinin yayadığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədbirlər həyata keçirilir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək