Tarix: 26-02-2017 14:22 | Bölmə: Gündəm

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilib. Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş "Xocalı” abidəsinin önündə bitib.
Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, hökumət və dövlət rəsmiləri iştirak ediblər.
Aksiyaya paytaxt sakinləri, Xocalı soyqırımının canlı şahidləri də qatılıblar.
Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.(APA)


Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək