Tarix: 13-12-2016 14:02 | Bölmə: Gündəm

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. Netanyahunu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.
Səfəri zamanı B.Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.
Görüşdə iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.
İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq. Baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.
B.Netanyahu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
Səfər bir gün davam edəcək. B.Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək