Tarix: 11-09-2016 19:10 | Bölmə: Gündəm

Çeçenistan Respublikasının
başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib. Minnətdarlığa səbəb Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya paralimpiyaçılarının
lisenziyalarından imtina etməyə görədir.
R.Kadırov özünün "İnstaqram" səhifəsində yazıb ki, Beynəlxalq
Olimpiya Komitəsinin Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan
lisenziyaları geri alaraq digər ölkələr arasında bölüşdürüb. Amma Azərbaycan
ona təklif edilən 3 lisenyinı götürməkdən imtina edib.
"Bakıda növbəti dəfə olduqca mühüm hadisə baş verdi – Azərbaycan BOK-un
Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan lisenziyaların ölkəyə verilməsi
ilə bağlı təklifini rədd etdi. Şübhə etmirəm ki, bu xoşməramlı jest məhz
Azərbaycan prezidenti tərəfindən edilib. Beləliklə, İlham Heydəroğlu Azərbaycan
və Rusiya idmançılarına eyni hörmətlə yanaşdığını aydın şəkildə nümayiş
etdirdi. Bu bizim üçün olduqca dəyərlidir”.
R.Kadırov qeyd edib ki, Azərbaycanın Rusiya ilə bütün sahələrdə həmişə isti, dost münasibətləri olub: "Əlbəttə ki, Azərbaycan və Rusiyanın subyekti olan Çeçenistan arasında əlaqələr son dərəcə qardaşlıq xarakteri daşıyır. Tam əminəm ki, bu münasibətlər getdikcə yalnız möhkəmlənəcək. Mən buna görə İlham Heydəroğluna səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək