Tarix: 09-09-2016 15:44 | Bölmə: Gündəm
Bu gün prezident İlham Əliyev Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarneskini qəbul edib.
Dövlət başçısı Riçard Çarnetskinin Azərbaycanın dostu olduğunu qeyd edərək onun ölkəmizə bir neçə dəfə səfər etməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirib.
Azərbaycanda həyata keçirilən islahatların və görülən işlərin Azərbaycan dövlətinin suveren hüququ olduğunu deyən Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski qeyd edib: "Biz sizin daxili və beynəlxalq siyasətinizi bəyənirik”.
Görüşdə beynəlxalq aləmdə ikili standartların mövcud olduğu, bir sıra məsələlərə qərəzli münasibət göstərildiyi də qeyd edilib. Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək