Tarix: 06-08-2016 18:18 | Bölmə: Gündəm

İran prezidentinin köməkçisi Pərviz İsmaili Azərbaycan-İran-Rusiya üçtərəfli sammitində iştirak etmək üçün Həsən Ruhaninin sabah Bakıya yola düşəcəyini bildirib.
Reyting.az "Mehr" agentliyinə istinadla xəbər verir ki, zirvə görüşündə ticarət, enerji, rabitə, ətraf mühit, terrorla mübarizə və nəqliyyat sahələrində üçtərəfli əməkdaşlıq müzakirə olunacaq. H.Ruhaninin bu ziyarət çərçivəsində B.Putinlə təkbətək görüşünün də olacağını qeyd edən P.İsmaili iki liderin İran-Rusiya əməkdaşlığında mühüm məsələlərə dair müzakirələr aparacağını qeyd edib. O, sabah H.Ruhaninin Azərbaycan prezidenti İ.Əliyevlə ticarət, sənaye, enerji, mədəniyyət, banklar, konsulluq məsələləri, habelə dəmir yol nəqliyyatı kimi əməkdaşlıq sahələrində müqavilələr imzalayacağı, İran ilə Azerbaycanın bir neçə müştərək sənaye obyektinin təməlatma mərasimində iştirak edəcəyini də vurğulanıb. İki günlük səfərdə İran prezidentini hökumətin bir neçə naziri müşayiət edəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək