Tarix: 26-01-2016 11:54 | Bölmə: Gündəm

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti uzadlılıb.
Bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.
Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin müddəti yanvarın 26-da başa çatmalı idi. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti fevralın 21-nə qədər uzadılıb.
V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil qeyd edib ki, müvəkkilinin həbs müddətinin uzadılmasından apelyasiya şikayəti vermək fikri yoxdur: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən də heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək