Tarix: 01-08-2016 15:31 | Bölmə: Gündəm
YAP üzvü, millət vəkili Aydın Mirzəzadə fəaliyyətinə qadağa qoyulan ANS-ə açıq dəstək verib.
Reyting.az xəbər verir ki, A.Mirzəzadə Mia.az-a açıqlamasında ANS-in ölkə teleməkanında, müstəqillik tarixində öz dəsti xəttinin olduğunu da deyib:
"Bir sıra məsələlərdə ANS-in xüsusui mövqeyi olub və mən, təəssüf edirəm ki, Turkiyədə baş verən hadisələrdə ANS-in atdığı bəzi addımlar onun bağlanmasına gətirib çıxardı.
Amma hələ də ümid edirəm ki, kanalın bağlanmaması üçün hüquqi məkanda imkanlar var. Biz hüquqi dövlətik, ANS-in nümayəndələri də bildirdi ki, onlar bütün hüquqi imkanlardan istifadə etmək niyyətindədirlər. Bu, məhkəmə yolu ilə açılan bir məsələdir.
Həmin hadisədən sonra hesab edirəm ki, ANS düzgün mövqe tutdu”.
Millət vəkili bildirib ki, ANS rəhbərliyinin anlaşılmazlığa görə üzr istəməsi, məsələnin məhkəmə yolu ilə həllinə üstünlük verməsi düzgün addım idi:
"Düzdür, 2 məhkəmə instansiyası kanalın bağlanmasına qərar verdi, amma qarşıda hələ məhkəmə var. Üstəlik, Ali Məhkəmənin həm də plenumu var.
Yaxşıdır ki, ANS rəhbərliyi bu situasiyada məsələni gərginləşdirməyə yox, əksinə, məsələnin müsbət həllinə doğru addımlar atır.
ANS gündəlik baxdığım telekanallardan biridir. Azərbaycanda müxtəlif mövqeli telekanalların olmasına həmişə ehtiyac var”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək