Tarix: 22-01-2016 17:23 | Bölmə: Gündəm

Bu gün Milli Televiziya və Radio Şurasınnın (MTRŞ) növbəti iclasında ANS-ə qarşı daha bir qərar qəbul olunub.
Reyting.az MTRŞ-ya istinadən xəbər verir ki, qərarla ANS telekanalının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, "Televiziya və radio yayımı haqqında” Qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində"Hesabat” analitik-informasiya proqramının (aparıcı Mirşahin Ağayev- redaksiya) yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılır.
Amma verilən məlumata görə, telekanal rəhbərliyi bu qərarla razılaşmır və ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev mətbuat konfransı keçirəcək. Bu barədə Musavat.com-a məlumat verən mənbə bildirib ki, Mirşahin MTRŞ-in gözlənilməz qərarından danışacaq, ANS-in bu qərarla bağlı mövqeyini bildirəcək
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək