Tarix: 13-07-2016 16:19 | Bölmə: Gündəm

"Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 324 qərar, o cümlədən fərdi şikayətlər əsasında 113 qərar qəbul edib".
Reyting.az-ın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
F.Abdullayev bildirib ki, həmin qərarlar Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquqlarının və azadlıqlarının qorunmasına xidmət edir: "Konstitusiya Məhkəməsinin qərarlarında ərizəçilərin pozulanhüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bərabərlik hüququ, mülkiyyət hüququ, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb".
F.Abdullayevin söyləyib ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilən qərarlar sırasında konstitusiya və qanunların şərhinə dair çıxarılan qərarlar xüsusi hüquqi çəkiyə malikdir: "Konstitusiya Məhkəməsibu günədək konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair 143 qərar qəbul edib".
Qeyd edək ki, iyulun 18-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 18 il ötür.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək