Tarix: 28-06-2016 13:21 | Bölmə: Gündəm

Milli Məclisin intizam komissiyası iyulun əvvəllərinə planlaşdırdığı toplantısını bu günə təyin edib.
Reyting.az-ın xəbərinə görə, bu barədə musavat.com-a adıçəkilən komissiyanın üzvlərindən biri məlumat verib. Parlamentin mətbuat xidmətindən isə deyilib ki, komissiya iclasları barədə məlumatlar xüsusi zərurət olduğu halda ictimailəşdirilir.
Qeyd edək ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş insident müzakirə olunacaq. Parlament sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Zahid Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırmışdı.
A.Abiyev isə jurnalistlərə açıqlamasında 12 komissiya üzvünün və Z.Orucun iştirakı ilə məsələyə qiymət veriləcəyini deyib. Ancaq onun cəzalandırılmasını istisna edən komissiya sədri deputata tövsiyələrin ediləcəyini bildirib. A.Abiyev deyib ki, sədrlə söz güləşdirməyə heç kəsin ixtiyarı yoxdur.
"Ağacan Abiyevə hörmətlə yanaşıram. Əlbəttə ki, istənilən məsələyə baxmaq intizam komissiyasının hüququdur. Sözügedən bugünkü hadisəyə gəldikdə isə hesab edirəm ki, hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm”,-deyə Zahid Oruc bildirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək