Tarix: 24-06-2016 15:46 | Bölmə: Gündəm

Milli Məclin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Zahid Orucla sədr Oqtay Əsədov arasında qalmaqal yaşanıb.
Reyting.az Modern.az-a istinadən xəbər verir ki, deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə keçib, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər.
Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, təklif edilənlər vacib dəyişikliklərdir.
Deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.
Zahid Oruc isə deyib ki, Böyük Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi:
"Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu, iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt strerlinqin qiyməti aşağı düşüb. Eləcə də avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, "tax-free” siyasətinə diqqətlə yanaşmaq lazımdır”.
Spiker Oqtay Əsədov isə deyib ki, "tax free” dünyanın 130 ölkəsində işləyir:
"Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?”.
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib: "Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma”.
Zahid Orucun yerdən danışması spikeri yenidən əsəbləşdirib: "Otur yerində! Sakit ol. Səviyyəni gördük. Səviyyəsiz! Sənə söz verməyəcəm”.
Deputat Siyavuş Novruzov da tərəfləri sakitliyə dəvət edib. O, spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib.
İclasın yekununda Oqtay Əsədov Milli
Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyevə müraciət edərək "Mən istəməzdim ki,
sonuncu iclasımız belənotlarla başa çatsın. Ağacan müəllim,
xahiş edirəm ki, Milli Məclisin deputatı
Zahid Orucu etik davranış qaydalarını pozduğu üçün İntizam Komissiyasına dəvət edib,
araşdırma aparasınız”,-deyib.
Spiker bildirib ki, kimsə bu cür qeyri-etik davranış nümayaş etdirsə, mütləq
intizam qaydasınsa cəzalandırılmalıdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək