Tarix: 20-06-2016 13:31 | Bölmə: Gündəm

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçiriləcək.
Reyting.az APA-ya istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.
V.Putin əvvəlcə İ.Əliyev və S.Sarkisyanla ayrılıqda görüşəcək. Danışıqlar daha sonra üçtərəfli formatda davam etdiriləcək.
Görüşdə prezidentlər İ.Əliyev və S.Sarkisyanın mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən təmas xəttində baş verən insidentlərlə bağlı ATƏT-in araşdırma mexanizminin işə salınması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bərpası müzakirə olunacaq.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twetter" hesabında bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla qarşılıqlı inam yaratmaq, etimadyaradıcı tədbirləri sürətləndirmək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çərçivə sazişi üzərində iş üçün şərait yaratmaq məqsədi ilə görüşəcəklərini yazıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək